Türkiyənin Manisa şəhərində dayanacaq işlədən dükançı "Zeytun budağı" əməliyyatı sona çatana qədər iş yerinin bütün gəlirini Əsgər Fonduna köçürəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fatih Hotamış iş yerinə "Zeytun budağı" əməliyyatı bitənə qədər gəlirinin Türk Silahlı Qüvvələrinə və Əsgər Fonduna bağışlayacağını bildirən plakat asıb.Dövlətin və ordunun yanında olduqlarını göstərməyə çalışdığını deyən Hotamış dayanacağın aylıq gəlirinin 6 min 800 lirə olduğunu da söyləyib.