Erməni KİV-dən şok etiraf: Türk ordusundan qaçan PKK-çılar...

Erməni KİV-dən şok etiraf: Türk ordusundan qaçan PKK-çılar... backend

Türkiyədən qaçan PKK terrorçuları Ermənistanda gizlənirlər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ”Jamanak” qəzeti də təsdiqləyib. Qəzet kürdlərin türk ordusu ilə toqquşmamaq üçün sərhədi keçərək, Ermənistan hökumətinə təslim olduqlarını bildirib:

“Ermənistan sərhədini qoruyan rusiyalı hərbçilər kürdlərin Ermənistana girməsinə maneə yaratmırlar. Türkiyədən fərqli olaraq, bu təşkilata Ermənistan və Rusiyada daha neytral münasibət mövcuddur”.

Qeyd edək ki, bundan öncə millət vəkili Fuad Muradov Avronest PA-da Türkiyə ordusunun zərbəsindən qaçan PKK terrorçularının Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsinə yerləşdirildiyi məsələsini qaldırmışdı.