Fələstin ABŞ-la əməkdaşlıqdan imtina edir

Fələstin ABŞ-la əməkdaşlıqdan imtina edir backend

“Fələstin Amerika Birləşmiş Ştatları ilə istənilən formada əməkdaşlıqdan imtina edir. Buna səbəb rəsmi Vaşinqtonun son hərəkətləri, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarıdır”.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Mahmud Abbas vurğulayıb ki, ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla onların hər hansı növ statusunda əməkdaşlıqdan imtina edirlər.