Almaniya kansleri Angela Merkel Türkiyə Baş naziri Binəli Yıldırımla bu ayın 16-sı Berlində görüşəcəklər
Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmisi Şteffen Zaybert danışıb."Görüş zamanı nazirlər ikitərəfli münasibətləri və aktual beynəlxalq məsələləri müzakirə edəcək. Görüşdən sonra Merkel və Yıldırım birgə mətbuat konfransı keçirəcək", - Zaybert qeyd edib.