Saakaşvili deportasiya olunur - Video

Saakaşvili deportasiya olunur - Video backend

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyev şəhərində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu Saakaşvilinin tərəfdarı, Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko bildirib.

"Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar" — deyə Derevyanko bildirib.

Onun sözlərinə görə, Saakaşvilini saxlayanlar xüsusi təyinatlılar olub. Amma Radanın deputatı Saakaşvilinin hara aparıldığını bilmir.

Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin kolleqa üzvü Anton Geraşenko da təsdiqləyib.

Vəkil Pavel Boqomazov Saakaşvilinin sərhəd xidməti tərəfindən saxlanıldığını bildirib. Amma o da siyasətçinin hara aparıldığından xəbərsizdir.
">