Festivalda portağal döyüşləri başladı

Festivalda portağal döyüşləri başladı backend

İtaliyanın İvrea şəhərində hər il keçirilən karnaval çərçivəsində portağal döyüşləri başladı.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 3 gün davam edəcək portağal savaşlarını izləmək üçün təxminən 100 min ziyarətçi şəhərə axın edib.

Bir əfsanəyə görə, şəhərin zalım hersoquna qarşı üsyankarlığı təmsil edən portağal savaşları üçün 700 ton portağal istifadə olunur.

Şəhər meydanında toplanan yüzlərlə adam Orta əsr kostyumları geyərək portağal yüklü at arabalarına minǝrkǝn, piyadalardan ibarət qruplar da şəhərin müxtəlif yerlərindən keçən atlı komandalarla portağal döyüşü edir.

Burada təxminən 7 min savaşçı iştirak edir. Festivalı izləyən, ancaq döyüşə iştirak etmǝk istimǝyǝnlǝr başlarına qırmızı papaq qoyaraq özlǝrini atılan potağallardan qorumağa çalışırlar. Bu günkü savaşlarda təxminən 180 nəfərin yüngül yaralandığı bildirilir.