Terror təşkilatına ən ağır zərbə bu gün vuruldu - 103 terrorçu...

Terror təşkilatına ən ağır zərbə bu gün vuruldu - 103 terrorçu... backend

Türk Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytin budağı" əməliyyatında öldürülən terrorçu sayı 1369-a çatdı.

Qaziler.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türk Silahlı Qüvvələrinin bu günə verdiyi açıqlamada "Zeytun Budağı" əməliyyatının başlanğıcından etibarən məhv etdiyi terrorçu sayı 1369 olduğunu bildirilib. Məlumatda 12 fevral 2018-ci il tarixində 103 PKK/KCK/PYD-YPG və İŞİD terrorçusunun məhv edildiyi deyilir.

Açıqlamada bildirilir ki, "Zeytun budağı" əməliyyatı zamanı Türk Hava Qüvvələri tərəfindən aparılan hava hücumları ilə PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq, silah-sursat anbarı olmaqla 15 hədəf məhv edilib.