Türkiyəyə hücum əmri verən “qara qutu” məhv edildi

Türkiyəyə hücum əmri verən “qara qutu” məhv edildi backend

PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.

PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.

Publika.az xəbər verir ki, ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı.

2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.

Məlumata görə, “Cudi Amed” ilk olaraq 1990-cı illərdə Almaniya və Belçika kəşfiyyatı tərəfindən xüsusi hazırlanıb. 2013-2014-cü illərdə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən təlim alıb. Nəşr qeyd edir ki, terrorçu Suriyanın kəşfiyyat qurumu olan “Əl-Muhaberat” və iranlı səlahiyyətliləri ilə PKK-nın əlaqələrini təmin edirdi.

Onun Hasekedə amerikalı səlahiyyətlilərlə hərbi düşərgədə görüşdən sonra öldürüldüyü bildirilir. “Cudi Amed” Hasekenin Əbu Raseyn qəsəbəsindən keçərkən 4 mühafizəçisi ilə birlikdə hücuma məruz qalıb. Ona hücum edənlərin kimliyi barədə məlumat verilməyib.