Türkiyə sərhədə ordu göndərdi

Türkiyə sərhədə ordu göndərdi backend

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı bölgəsinə əlavə qüvvələr cəlb edib.

Axar.az xəbər verir ki, əraziyə ölkənin şərqində çoxlu sayda artilleriya və zirehli vasitələr göndərilib.

Məlumata görə, hərbi texnika Kilis və Hatayın sərhəd mövqelərində yerləşdiriləcək.

Qeyd edək ki, gecə saatlarında Afrinə doğru zirehli texnika və xüsusi təyinatlı qüvvələrin göndərildiyini əks etdirən videoyayılmışdı.