İndoneziyada naməlum şəxs maçete ilə kilsə ziyarətçilərinə hücum edib

İndoneziyada naməlum şəxs maçete ilə kilsə ziyarətçilərinə hücum edib backend

Bazar günü İndoneziyanın Cokyakarta şəhərində maçete ilə silahlanmış şəxs katolik kilsəsinin ziyarətçilərinə və keşişə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Bisnis Indonesia" qəzeti məlumat yayıb.

Onun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.