Türk Silahlı Qüvvələri “Zeytun budağı“ əməliyyatının 23-cü günündə 1266 terrorçunun məhv edildiyini açıqlayıb.
Qaziler.az -ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, TSQ-nin açıqlamasında: Türk Hava Qüvvələri tərəfindən həyata keçirilən hava hücumu ilə ilə PKK/KCK/PYD-YPG ve İŞİD terror təşkilatlarına aid sığınacaq, silah-sursat deposu və silah mövqeli olaraq istifadə edilən 19 hədəfin məhv edildiyi bildirilib.Havadan və qurudan edilən hücumlar nəticəsində xeyli sayda terrorçunun məhv edildiyi bildirilib.
10 fevral tarixində 86 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv edilib.
Əməliyyata qatılan təyyarələr itki vermədən öz bazalarına dönüblər.
Hazırda "Zeytun budağı" əməliyyatı uğurla davam edir.