İran dondurulmuş aktivlərindən daha 4,9 mlrd dolları geri alıb

İran dondurulmuş aktivlərindən daha 4,9 mlrd dolları geri alıb backend

İran Mərkəzi Bankı “altılıq” ölkələri ilə əldə olunmuş razılaşma çərçivəsində üçüncü mərhələdə xarici banklarda dondurulmuş vəsaitlərindən 4,9 mlrd dolları geri alıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Mərkəzi Bankın açıqlamasında bildirilir.

Əvvəlki iki mərhələ ümumilikdə 7 mlrd dolların köçürülməsi nəzərdə tutulmuşdu. Üçüncü mərhələ çərçivəsində isə ümumilikdə 4,9 mlrd dollar bir neçə bərabər tranşlarla İrana köçürülüb.

Qeyd edək ki, xarici banklarda İranın, ümumilikdə, 100 mlrd dollaradək vəsaitlərinin dondurulduğu iddia edilir. İranın nüvə proqramı üzrə saziş imzalandıqdan və sanksiyalar ləğv olunduqdan sonra bu vəsaitlərin Tehrana qaytarılması nəzərdə tutulub.
Diaspora