8 nəfər Rusiya prezidenti olmaq istəyir - Putinin rəqibləri

8 nəfər Rusiya prezidenti olmaq istəyir - Putinin rəqibləri backend

Rusiyanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesini başa çatdırıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, MSK-nın yekun qərarına əsasən, səkkiz nəfər prezidentlik postu uğrunda mübarizə aparacaq. Onlardan yeddisi partiya təmsilçisi, biri isə müstəqil namizəddir.

Sergey Baburin - Rusiya Ümumxalq İttifaqı Partiyası,
Pavel Qrudinin - Kommunist Partiyası,
Vladimir Jirinovskiy - Liberal Demokrat Partiyası,
Vladimir Putin – Müstəqil namizəd,
Kseniya Sobçak - Vətəndaş Platforması Partiyası,
Maskim Suraykin - Rusiya Kommunistləri Partiyası,
Boris Titov - Yüksəliş Partiyası,
Qriqoriy Yavlinskiy - “Yabloko” Partiyası


Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. İndiki prezident Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub. 2000-ci ildə ilk dəfə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.