Türkiyə və Rusiya arasında yeni anlaşma

Türkiyə və Rusiya arasında yeni anlaşma backend

Rusiyanın Federal Aviasiya qurumu (Rosaviasiya) ilə Türkiyənin Mülki Aviasiya qurumu arasında anlaşma imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə “Rosaviasya” məlumat yayıb.

Anlaşmaya əsasən, Rusiya istehsalı olan Ka-32 helikopterləri yaz aylarında Türkiyəyə gətiriləcək.

Məlumata görə, bu müqavilədən sonra Rusiya istehsalı olan aviasiya texnikalarının Türkiyəyə satışı asanlaşacaq.

Bu il ərzində 3 Ka-32-nin Türkiyəyə satışı nəzərdə tutulur.