Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.
Axar.az xəbər verir ki, Çavuşoğlunun hazırda İran XİN rəhbəri Cavad Zəriflə Tehranda Afrin əməliyyatını müzakirə etdiyi bildirilir.Qeyd edək ki, İran rəsmiləri açıqlamalarında Afrin əməliyyatının tez bir zamanda bitməsinin vacibliyi haqda fikirlər səsləndirirdilər.