Afrində 999 terrorçu məhv edilib

Afrində 999 terrorçu məhv edilib backend

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Zeytun Budağı” əməliyyatı zamanı bu günədək 999 terrorçu məhv edilib.

Qeyd olunub ki, bu gün PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 29 terrorçusu zərərsizləşdirilib.

Açıqlamada “Zeytun Budağı” əməliyyatının planlaşdırdığı şəkildə uğurla davam etdiyi vurğulanıb.