Suriyada həlak olan pilotun cəsədi Rusiyaya qaytarıldı

Suriyada həlak olan pilotun cəsədi Rusiyaya qaytarıldı backend

Suriyada həlak olan rusiyalı pilot, mayor Roman Filipovun cəsədi Rusiyaya qaytarılıb.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya MN-dən verilən məlumata görə, hazırda pilotun yaxınlarına Filipovun qaytarılması ilə bağlı məlumat verilir.

Filipov Voronejdə dəfn ediləcək. Filipovun cəsədi ilə birlikdə vurulan təyyarənin qalıqları da qaytarılıb.

Qeyd edək ki, Filipovun idarə etdiyi Su-25 təyyarəsi fevralın 3-də Suriyanın İdlib vilayətinin səmasında daşınan zenit raket kompleksi vasitəsilə terrorçular tərəfindən vurulub.