Dağıstanlı məmurlar Azərbaycana qaçmaq istəyib

Dağıstanlı məmurlar Azərbaycana qaçmaq istəyib backend

Dağıstanlı məmurların bir qismi Rusiyanı tərk edib, Azərbaycana qaçmaq istəyiblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “NEWS-R” saytı yayıb. Sayt məmurların bundan sonra Stavropola qaçmağa çalışdığını, lakin onların buradan Dağıstana göndərildiyi bildirib.

“NEWS-R” həmçinin Dağıstanda dövlət sektorunda çalışan şəxslərin müvəqqəti olaraq respublikanı tərk etmələrinin qadağan edildiyini vurğulayıb.

Qeyd edək ki, son bir neçə gündə Dağıstanda Federal Təhlükəsizlik Xidməti geniş yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində baş nazir, müavinləri və keçmiş təhsil naziri həbs edilib.