Nepalda baş verən güclü zəlzələ nəticəsində artıq 36 nəfər həlak olub, ən azı 1117 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bundan əvvəl "Reuters" agentliyi polisdən sitat gətirib: "Ucqar rayonlardan dəqiqləşdirilmiş informasiya alırıq. Üç nəfər həlak olub, 300-dən çox yaralı var".Qeyd edək ki, Nepalda bu gün iki dəfə güclü zəlzələ (7,1 və 6,3 bal gücündə) baş verib.
Yeraltı təkanlar Hindistanın paytaxt regionu da daxil olmaqla, şimal bölgəsində hiss edilib.
Seysmoloqların məlumatına əsasən, yeni zəlzələnin episentri ölkə paytaxtı Katmandudan 83 kilometr şərqdə, 15 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 25-də Nepalda səkkiz min nəfərdən çox insanın həlak olmasına səbəb olan dağıdıcı zəlzələ baş vermişdi.