“Kəndimə dönürəm” deyənə 300 qoyun veriləcək

“Kəndimə dönürəm” deyənə 300 qoyun veriləcək backend

Kənddən şəhərə axının qarşısını almaq üçün hazırlanan layihə çərçivəsində ailələrə 300 damazlıq qoyun veriləcək.

Qaziler.az bildirir ki, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq üzrə naziri Əhməd Əşrəf Fakıbaba: “Kənddən şəhərə getmə. Həm maaşını al, həm də öz işinin ağası ol” layihəsi ilə bağlı açıqlama verib.

Nazir Fakibaba: “Hər bir ailəyə 300 baş damazlıq qoyun verəcəyik. 300 baş damazlıq qoyun alan, eyni zamanda, minimum maaş alacaq. Sığortasını da verəcəyik. Yem, dərman, veterinar əskikliyi olacaqsa onu da həll edəcəyik. Kənddə torpaq sahəsini yalnız ipoteka olaraq alacağıq. 300 qoyun 300 bala verəcək. Bütün bu balalar da sahibinə məxsus olacaq. Geri ödəmə 300 baş yeni doğulacaq bala ilə başlayacaq. Bu balaların hər biri bir neçə ay sonra 700-800 lirəyə satılacaq. Bu da ildə 210 min lirə edər" - deyib.