Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində növbəti qələbələrini qazanıb.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Dikmetaş dağı və Sarıkaya təpəsi PKK/PYD terrorçularından təmizlənib.Hər iki nöqtə yanvarın 28-də tutulan və strateji əməliyyat daşıyan Burseya dağının şimalında yerləşir.