Müğənni və iş adamı Emin Ağalarov klinikalar şəbəkəsi açır.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərkəzdə stomotologiya, dəriyə qulluq, apparatla kosmetologiya xidmətləri yer alacaq.İlk əvvəl iki xəstəxana açılacaq. Emin iki xəstəxana üçün 1 milyon dollar investisiya qoyub. Bildirilib ki, ilk klinika Ağalarovların sahib olduğu “Vegas” əyləncə mərkəzində yerləşəcək.