Telegram-kanal Directorate Suriyada vurulmuş Rusiyanın Su-25 təyyarəsinin pilotunun yaraqlılara qarşı döyüşün 4 kadrını dərc edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, kanalın müəlliflərinin bildirdiyinə görə, hərbçi əsir düşməmək üçün özünü qranatla partladıb.Xatırladaq ki, rusiyalı qırıcı fevralın 3-də Suriyanın İdlib vilayətində vurulub.
“Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus “Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.