PYD/YPG terrorçuları Afrində türk tankını ABŞ istehsalı olan “BGM-71 TOW” tank eleyhinə raket kompleksi ilə vurub.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti informasiya yayıb.Məlumata görə, artıq hücumun təşkil edildiyi ərazi aviasiya və artilleriya zərbələri ilə məhv edilib.
Qeyd edək ki, ötən gün YPG-PYD terrorçuları Afrində Türkiyəyə məxsus tankı vurub. Nəticədə 7 türk əsgəri şəhid olub.