Bəkir Bozdağ: YPG üniformalı ABŞ əsgərləri hədəfdir

Bəkir Bozdağ: YPG üniformalı ABŞ əsgərləri hədəfdir backend

Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Bozdağ Afrin əməliyyatı ilə bağlı önəmli açıqlamalar verib.

Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Bozdağ Afrində aparılan “Zeytun Budağı“ əməliyyatında türk əsgərlərinin qarşısına YPG uniformalı ABŞ əsgəri çıxacağı halda hədəf alacaqlarını söyləyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bəkir Bozdağ bu sözləri CNN Türk-də qatıldığı proqramda Afrində gedən "Zeytun Budağı" hərəkatı ilə bağlı son durum haqqında açıqlama verərkən belə deyib: "YPG üniformalı ABŞ əsgəri də olsa hədəfdir"

"Zeytun Budağı" hərəkatında indiyə qədər 932 terrorçunun məhv edildiyini açıqlayan Bozdağ "YPG üniformalı ABŞ əsgəri də olsa hədəfdir. Əgər Minbiçdən bunlar çıxmasa ora girəcəyik" - deyib.