Rusiya prezidenti Vladimir Putin Soçidə hərbi müşavirəyə başlayır.
ATV.az Vesti.ru-ya istinadən bildirir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib: “Prezident hərbi tikinti və hərbi sənaye kompleksi üzrə müşavirə sessiyasına başlayır”.Silahlı qüvvələrin inkişafı məsələlərinə həsr edilmiş sessiyalar artıq Putinin illik qrafikinin əsas hissəsinə çevrilib. Putin üçüncü ildir ki, bu cür sessiya keçirir. Peskov həmçinin Soçidə hərbi gəmi inşaatının prioritetləri və başqa məsələlər haqqında müzakirələr aparılacağını bildirib.