Rusiya martda müharibəyə başlayır – Könüllülər TOPLANIR

Rusiya martda müharibəyə başlayır – Könüllülər TOPLANIR backend

İşğal edilmiş Donbasda Rusiya muzdlularının toplama mərkəzlərində Suriya müharibəsinə göndərilməsi üçün yerli əhalidən “könüllülər” toplanır.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda brifinqdə Baş Kəşfiyyat İdarəsinin informasiyasına istinad edərək Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə sözçüsü Dmitri Qutsulyak bildirib.

Onun sözlərinə görə, “könüllülər”in seçilməsi martda Suriyada döyüş hərəkətlərində iştirak üçün Rusiyanın 1-ci və 2-ci ordu korpusları tərəfindən həyata keçirilir.

“Toplanmış şəxsi heyət Rostov vilayətində bölgü məntəqələrinə yola düşür. Əsas üstünlük Ukraynanın şərqində döyüş təcrübəsinə malik şəxslərə verilir”, - o deyib.
">