Afrində “xristian ordusu”: ermənilər YPG-yə yerləşdirilir

Afrində “xristian ordusu”: ermənilər YPG-yə yerləşdirilir backend

PYD/PKK terror qruplaşmasının “asayişi qorumaq” adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi araşdırma aparıb.

Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da “asayiş polisləri” 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.

Sakinlər bildirirlər ki, “asayiş polisi” qaçırılan şəxslərin YPG-nin sıralarına cəlb edildiyini təsdiqləyib.