Kurni dağları terrordan təmizləndi - STRATEJİ YOLLAR KƏSİLDİ

Kurni dağları terrordan təmizləndi - STRATEJİ YOLLAR KƏSİLDİ backend

Türk Silahlı Qüvvələri və “Azad Suriya Ordusu“ Afrinin şimalındakı Kurni dağlarının ən yüksək zirvəsini terrorçulardan təmizləyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, TSQ və ASO birlikləri səhər saatlarında Bülbül mahalı mərkəzinin ətrafında başladıqları əməliyyat çərçivəsində Kurni dağlarının ən yüksək zirvəsini terrorçulardan təmizləyib. Qeyd edək ki, Kurni dağları Afrində strateji mövqedə yerləşir.

“Zeytun Budağı“ hərəkatının 12-ci günündə Afrinin beş mahalında 19 kənd, bir qəsəbə, 6 strateji əhəmiyyətə malik dağ və ya təpə olmaqla 26 hədəf nöqtəsi terrordan təmizlənmiş oldu.