Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan məlumatı açıqlayıb.
Qaziler.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Zeytun Budağı” əməliyyatı gedişində bu günədək 712 terrorçu məhv edilib.Yanvarın 30-da 63 terrorçu və İŞİD, PKK qruplaşmalarının silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib.