Koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələrin İraqda və Suriyada İŞİD-ə qarşı apardığı havadan hücum əməliyyatları qruplaşma üzvlərinin işini çətinləşdirib.
İraq Müdafiə Nazirliyi hava hücumlarında İŞİD terror qruplaşmasının bir çox sayda texnikalarını məhv etdiklərini bildirir. Bombardman yaşanan bölgələrdəki əhali evlərini tərk etməli olub.Yaranan qarışıq vəziyyətdən istifadə edən İŞİD üzvləri də var. Onlardan biri də İŞİD-in Suriyadakı zəkat yığma işləri ilə məşğul olan misirli Əbu Ubeydə Əl-Masridir. Onun İŞİD üçün zəkat adı ilə yığdığı milyonlarla dolları götürərək Türkiyəyə qaçdığı bildirilir. Bu barədə məlumatı Suriya İnsan Haqları Müşahidə Qrupu yayıb.