QAZİLER.AZ saytı Evronyusa istinadən bildirir ki, Ştatlarda tornadodan xəsarət alan amerikanlar dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər. Həftə sonu baş verən qasırğa ən azından 6 nəfərin həyatına son qoyub.Texasda və Arkanzasda ölüm hadisələri qeydə alınıb. Qurbanlar arasında 18 aylıq körpəsini xilas etmiş gənc cütlük də qeydə alınıb. Körpə sağ qalıb. Onu qohumları götürərək aparıblar. Onlarla insan yaralanıb. Kimberli Şeynin Texasdakı evi tamamilə dağılıb.
Kimberli Şeyn : « Bu dəhşətdir..Təhlükə siqnalını eşitmədik..Mənim oğlum evin altına düşdü. Bura onun otağı idi.”Xilasedicilərin işləri davam edir, bəzi yerlərdə hələ də itkin düşənlər var. Mark Mora öz həyacanını bölüşür : “Tornadonun gücü haqqında... Siz bunun haqqında eşidə və hiss edə bilərsiniz. Elə bil sizin icinizdən hər şeyi çəkirlər. Xaricdən daxilə... Mən təzyiqdən danışıram, qulaqlar tutulur.. Bu nəsə qeyri- adi bir şey idi. Heç kimə arzulamaram...Bura dəhşətli idi.”
Keçən çərşənbə günü ABŞ-da 137 tornado qasırğa qeydə alınıb. Zibillərin təmizlənməsi işləri su selinə görə dayana bilər.
Aydan Əlizamanlı