Afrindəki kürd qruplaşmalar İŞİD-ə qarşı mübarizə koalisiyasının bir parçası deyil.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Adrian Rankin Qallovey jurnalistlərə açıqlamasında deyib.“Biz ABŞ olaraq oradakı kürd qüvvələrlə çalışmırıq. Bizim hədəfimiz sadəcə İŞİD-i məğlub etməkdir. Bu çərçivədə olan əməliyyatların böyük bir qismi Orta Fərat Vadisinin cənub hissəsində yerləşən Əbu Kamalda davam edir. Bir daha qeyd etmək istəyirəm ki, Afrində türk əsgərləri ilə qarşı-qarşıya gələn kürd döyüşçülərin koalisiya ilə heç bir əlaqəsi yoxdur” – sözçü bildirib.