Rusiya sərhədində naməlum obyekt: Su-27 hərəkətə keçdi

Rusiya sərhədində naməlum obyekt: Su-27 hərəkətə keçdi backend

Rusiyaya məxsus Su-27 qırıcısı ölkə sərhədində ABŞ-ın radioelektron kəşfiyyat təyyarəsi olan ЕР-3Е “Aries II"ni yaxalayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, günorta saatlarında hava məkanına nəzarət edən obyektlər Qara dəniz üzərində Rusiya sərhədlərinə doğru hərəkət edən naməlum hədəfi müəyyən ediblər.

Bundan sonra isə Su-27 təyyarəsi həmin naməlum obyektə təhlükəsiz məsafədə yaxınlaşıb, onu indentifikasiya edib və Rusiya sərhədlərinə daxil olmasına icazə verməyib.

ABŞ-a məxsus təyyarə uçuş trayektoriyasını dəyişdikdən sonra SU-27 təhlükəsiz şəkildə aviabazaya qayıdıb.

Lakin Pentaqonun açıqlamasında Rusiya təyyarəsinin təhlükəli dərəcədə manevr edərək, “Aries II”yə yaxınlaşdığı bildirilib.