ABŞ hakimiyyəti, tabeliyindəki terrorçu qruplarla Fəratın şərqində yeni bir dövlət qurmaq üçün fəaliyyət başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti deyib.“ABŞ-ın ssenariləri bitmək bilmir. İsrail və Səudiyyə Ərəbistanı da parçalanmış Suriya layihəsini dəstəkləyir. Ancaq ABŞ və müttəfiqləri bölgədə əvvəl olduğu qədər güclü deyil. Bölgə xalqları Pentaqonun planlarına icazə verməyəcək”, - Vilayəti deyib.
Qeyd edək ki, İranın “Tasnim” xəbər agentliyinin yaydığı təhlildə PKK-nın İsraildən silah aldığı və Türkiyənin Afrində əslində terrorçularla deyil, İsraillə savaşdığı bildirilmişdi.