Türk diplomatların binasına hücum: "Apo", "PKK", "YPG"...

Türk diplomatların binasına hücum: "Apo", "PKK", "YPG"... backend

Avropalı Türk Demokratları Birliyinin (UETD) İsveçin paytaxtı Stokholmdakı nümayəndəliyinin yerləşdiyi binaya naməlum şəxslər tərəfindən hücum edilib.

Axar.az xəbər verir ki, hadisə “Zeytun budağı” əməliyyatında iştirak edən əsgərlər üçün təşkil edilən “Fəth duası” mərasimindən öncə olub. Polisin araşdırmasından sonra məlum olub ki, binanın divarına “Afrin”, “Apo”, “YPG”, “PYD”, “PKK” kimi sözlər yazılıb.

Birliyin Stokholmdakı nümayəndəliyinin sədri Sərhad Baran bildirib ki, bu kimi hücumlarla Türkiyənin diplomatik korpuslarını və QHT-lərini qorxutmağa çalışırlar:

“Fəth duası” mərasimindən öncə bizi yolumuzdan çəkindirmək istədilər. Lakin bunu həyata keçirdik”.