Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Burseya dağının cənubundakı Kastel Cündo kəndini ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə "Axşam" qəzeti məlumat yayıb.Əməliyyat zamanı kəndin PYD/PKK terrorçularından təmizləndiyi bildirilib.
Qeyd edək ki, türk ordusu bu gün Burseya dağını azad edib.
***
Kastel Cündo kəndini terrorçulardan təmizləyən türk ordusu burada PKK/PYD-yə məxsus kəşfiyyat mərkəzinin binasını ələ keçirib.
Mərkəzdə tapılan sənədlərdə terror təşkilatının yüksək rütbəli üzvlərinin fotoları da aşkarlanıb.
Məlumata görə, minlərlə ərəb, türkman gənc bu binada işgəncələrə məruz qaldıqdan sonra Əsəd rejiminə hərbçi kimi xidmət etməyə göndərilirmiş.