Türkiyə Yunanıstan nazirinin olduğu kateri adaya buraxmayıb

Türkiyə Yunanıstan nazirinin olduğu kateri adaya buraxmayıb backend

Türkiyənin sahil mühafizəsi xidmətinin əməkdaşları Yunanıstanın müdafiə naziri Panos Kammenosun olduğu hərbi kateri Egey dənizindəki adaya buraxmayıb.

Qaziler.az bildirir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, Kammenos buradakı Kardak qayalığına çıxaraq ora əklil qoymaq istəyib.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə tərəfinin xəbərdarlığından sonra yunan nazirin olduğu kater Türkiyənin ərazi sularını tərk edib.

Qeyd edək ki, Egey dənizindəki Kardak qayalıqları Bodrum sahilindən qərbdə yerləşir.