Bakının Nəsimi rayonunda piyadanı sərnişin avtobusu vurub.
“Report” xəbər verir ki, hadisə 1980-ci il təvəllüdlü Abdullayeva Elnarə Kazım qızı yolu keçərkən baş verib. Qəzanı 125 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu törədib.Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.