Türkiyə ordusu Burseya dağını ələ keçirdi - VİDEO

Türkiyə ordusu Burseya dağını ələ keçirdi - VİDEO backend

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən strateji əhəmiyyət daşıyan Burseya dağını PKK terrorçularından azad edib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında başlayan əməliyyat artıq başa çatıb.

Qeyd edək ki, Burseya dağı Afrinin şimal-qərbində yerləşir. Bu dağdan PYD/YPG terrorçuları Türkiyənin sərhəd şəhərlərini və Suriyada müxalif “Azad Suriya Ordusu”nun nəzarətində olan Azez şəhərini atəşə tuturdu.