PKK tərəfdarları Almaniyada aksiya keçirməyə cəhd etdi

PKK tərəfdarları Almaniyada aksiya keçirməyə cəhd etdi backend

Almaniyanın Köln şəhərində polis PKK tərəfdarlarının aksiyasının qarşısını alıb.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyanın dağıdılması zamanı iki nəfər saxlanılıb.

Məlumata görə, aksiya iştirakçıları, xəbərdarlığa məhəl qoymayaraq, PKK bayraqları və terror təşkilatının lideri Abdulla Ocalanın portretlərini qaldırıblar.

Qeyd edək ki, Almaniyada terror təşkilatlarına aid atributlarının nümayiş etdirilməsi qadağandır.