Fransanın “Total” şirkəti Kubanın “CubaPetroleo” şirkəti ilə ölkənin şelf zonasında kəşfiyyat işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.Agentliyin məlumatına görə, hələlik müqavilə şərtlərinin nədən ibarət olduğu haqqında heç bir məlumat verilmir.
Dünən Fransa Prezidenti Fransua Olland Kubaya rəsmi səfər etmişdi. Bu səfəri ilə Olland Qərb liderləri sırasında Kubaya səfər edən ilk şəxs kimi tarixə düşmüşdü.
Xatırladaq ki, indiyə qədər Kuba sahillərində Venesuelanın PDVSA və Rusiyanın “Zarubejneft” dövlət şirkəti kəşfiyyat işləri aparırdı.