ABŞ-dan Bin Laden açıqlaması: “Uydurmadır…”

ABŞ-dan Bin Laden açıqlaması: “Uydurmadır…” backend

ABŞ rəhbərliyi Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herşin qalmaqallı iddialarına cavab verib.

Axar.az xəbər verir ki, Ağ Ev Əl Qaidə lideri Usamə Bin Ladenin öldürülməsi ilə bağlı ictimaiyyətə səhv bilgi verilməsi iddialarının həqiqətə uyğun olmadığını bildirib.

Vaşinqton rəsmisi Joş Ernest gündəlik mətbuat konfransında mövzuya toxunaraq məlumatın tamamilə səhv olduğunu deyib:

“Xəbər 10 min sözdən ibarətdir. Xəbərdə doğru olanlar yeni deyil, yeni olanlar da doğru”.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbərinin köməkçisi Mayk Morell də məlumatın hər cümləsinin yalan olduğunu iddia edib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Stiv Varren da xəbərdə "çox ciddi səhvlər" olduğunu ifadə edərək keçirilən əməliyyatın gizli saxlanmadığını deyib:

“Bunun birtərəfli addım olduğuna və ölkə qanunlarına uyğun olaraq edildiyinə heç bir şübhə yoxdur. Əməliyyatla bağlı açıq qeydlər ortadadır. Obama əməliyyatın tamamlanmasından 24 saat sonra bunu açıq şəkildə bildirdi. Prezident Obamanın söylədiyindən savayı gizli olan heç nə yoxdur. Bu xəbər uydurmadır”.

Xatırladaq ki, Herş “London Review of Books”un internet səhifəsində yer alan məqaləsində Bin Ladenin 2011-ci ildə öldürüldüyü vaxtlarda fərari olmadığını, 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidməti tərəfindən əsir tutulduğunu, daha sonra 25 milyon dollar qarşılığında ABŞ-a təhvil verildiyini iddia etmişdi.
Diaspora