Ukraynada helikopter qülləyə çırpıldı və yandı - Video

Ukraynada helikopter qülləyə çırpıldı və yandı - Video backend

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində Mi-8 helikopteri televiziya qülləsinə çırpılaraq qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, ağ rəngli helikopter olduqca alçaqdan uçduğu üçün qülləyə dəyib.

Belə ki, göyərtədə 3 nəfər olub.

Qəza nəticəsində helikopterin qalıqları ətrafa səpələnib.

Əraziyə xeyli yanğınsöndürən, polis və həkim briqadaları cəlb edilib.