Hitlerin doğum gününü qeyd edənlər həbs edildi

Hitlerin doğum gününü qeyd edənlər həbs edildi backend

Polşa polisi meşədə qamalı xaç önündə nasist uniforması geyinib, nasist salamı verərək Adolf Hitlerin doğum ildönümünü qeyd edən 5 nəfəri həbs edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, macar xəbər agentliyinin xəbərinə görə, TVN24 adlı televiziya kanalında yayınlanan verilişdə beş nəfərin qamalı xaç önündə nasist unuforması geyinib nasist salamı verərək Adolf Hitlerin 128-ci ildönümününü görən polis istintaqa başlayıb.

Faşizmi yayma sübhəsi ilə beş nəfər haqqında istinqtaqın başladıldığına diqqəti çəkən xəbərdə həbs edilən şübhəlilərin evlərində aparılan yoxlama zamanı nasist bayraqları, uniformalar, silah və mərmi aşkarlandığı bildirilir.