Türkiyənin Afrində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Türkiyəyə “Leopard” tanklarının satışını qadağan edib.Hərbi texnikanın satışı ilə bağlı yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.
Qeyd edək ki, Almaniya Daxili İşlər Nazirliyinin rəsmisi Yohannes Dimrot rəsmi Berlini alman istehsalı olan "Leopard" tanklarından Türkiyənin Afrində istifadə etməsinə qarışmayacağını bildirmişdi.