Dünyada həmişə müharibə məsələsi aktual mövzu olaraq qalıb.
Bu səbəbdən də, həmişə ölkələr hərbi sahəyə xüsusi diqqət ayırıblar. Bütün dövlətlər çalışırlar ki, sərhədlərini qorumaq, ölkədə sabitliyi nəzarətdə saxlamaq üçün güclü orduya malik olsunlar.Qaziler.az Oxu.Az-a istinadən xəbər verir ki, əsasən də, inkişaf etmiş ölkələr öz güclərini göstərmək və digər dövlətlərə diqtə etmək üçün xüsusi hazırlığa malik ordu yaradıblar. ABŞ, Britaniya, Rusiya, Fransa, Türkiyə və s. ölkələrdə hərbi məsələlərə, o cümlədən orduya xüsusi diqqət ayrılır. Bu ölkələrdə dövlət büdcəsindən yetərincə vəsait ordunun inkişafına və silahların alınmasına xərclənir.
Dünyanın bəzi ölkələri xüsusi təyinatlı dəstələr, komandolar saxlayırlar. Həmin dəstələrə dünyada ölüm komandoları deyilir.
Dünyanın ən güclü ölüm komandolarının siyahısını təqdim edirik:
1.Tayvan xüsusi təyinatlı dəstələri
2.Britaniya xüsusi təyinatlı qüvvələri
3.Kanada Antiterror Qüvvələri
4.Kanada xüsusi təyinatlı dəstə
5.Danimarka xüsusi təyinatları
6.Fransa xüsusi təyinatlıları
7.Fransa dəniz komandosı
8.Almaniya sualtı dəstəsi
9.İraq xüsusi təyinatlıları
10.İrlandiya Mühafizə Ordusu
11.Koreya xüsusi təyinatlıları
12.Amerika xüsusi əməliyyat komandosı
13.ABŞ xüsusi təyinatlıları
14.Amerika dəniz qüvvətləri
15.Yeni Zelandiya xüsusi təyinatlıları
16.Norveç komandoları
17.Norveç ordusu xüsusi təyinatlıları
18.Rusiya xüsusi təyinatlıları








