Stalinin nəticəsi "Stalinin ölümü"ndən danışdı: İnsanlıqdan kənardır

Stalinin nəticəsi "Stalinin ölümü"ndən danışdı: İnsanlıqdan kənardır backend

İosif Stalinin nəticəsi, gürcü rəssam Yakov Cuqaşvili "Stalinin ölümü" komediyasının yaradıcılarını qeyri-insanlar adlandırıb.

Qaziler.az bildirir ki, o bunu "Danışır Moskva" radiostansiyasına bildirib.

"Qeyri-insanların nəyini tənqid edəsən? Ölümü gülmək üçün səbəb hesab edən insan obrazındakı canlını necə insan adlandırasan? Bu, insanlıqdan kənardır", - deyə o, bildirib.

Onun sözlərinə görə, rusiyalılar "insanları ədalətli yaşamağa məcbur etməyə çalışan
və bunun mücəssəməsi olan Stalindən, ədalətdən imtina ediblər". "Biz indi yemək və dincəlmək xatirinə yaşayırıq", - Stalinin nəticəsi sözünə belə yekun vurub.

Yanvarın 23-də məlum olub ki, Rusiya Mədəniyyət Nazirliyinin hüquqşqnasları nazirliyin rəhbəri Vladimir Medinskiyə müraciət edərək Britaniyanın "Stalinin ölümü" adlı komediyasını prokata buraxmasın. O filmdə ekstremizmin əlamətləri aşkarlanıb.