Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon əlaqəsi baş tutub.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, liderlər “Zeytun budağı” əməliyyatını və Suriyadakı son siyasi prosesləri müzakirə ediblər.Məlumata görə, Türkiyə vaxtı ilə 20:30-da başlanılması gözlənilən danışıq biraz gecikmə ilə baş tutub:
“Əsas mövzularla yanaşı ikitərəfli əlaqələrə də yer verilib. Ərdoğan qeyd edib ki, “Zeytun budağı” əməliyyatı beynəlxalq hüquq prinspinə söykənir və BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Türkiyə öz müdafiə haqqından istifadə edir. Türkiyə lideri həmçinin terrorizmlə mübarizədə birgə əməkdaşlığın önəmini də xüsusi vurğulayıb. Bundan əlavə, Ərdoğan terrorla mübarizə çərçivəsində ABŞ-ın PYD/YPG-yə silah dəstəyini dayandırmasının vacibliyini bir daha bildirmişdir”.