Terrorçular Türkiyəyə raket zərbəsi endirdi - Video

Terrorçular Türkiyəyə raket zərbəsi endirdi - Video backend

Bu gün də Türkiyənin Kilis bölgəsinə terrorçular tərəfindən raket zərbəsi endirilib.

Axar.az xəbər verir ki, raket məscidə düşüb. Raket zərbəsi nəticəsində 1 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Şəhər valisi Məhməd Təkinarslan açıqlamasında şəhər mərkəzinə 100 metr məsafədə iki raket düşdüyünü bildirib.

***

Türkiyə vaxtı ilə 18:45-də YPG terrorçularının Afrindən atdığı iki raketdən biri Kilisdəki məscidə düşüb.

Axar.az xəbər verir ki, Cümhuriyyət küçəsində yerləşən tarixi Çalık məscidinin günbəzi tamamilə uçub. Axşam namazını qılan 8 nəfər məscidən çıxan zaman yaralanıb.

Hadisə yerinə həkim briqadaları və hüquq-mühafizə orqanları gəlib.

Bu hücumdan 25 dəqiqə sonra isə digər raketin 100 metr uzaqlıqda Kazım Qarabəkir məhəlləsindəki bir evə düşdüyü bildirilib.

Bu olay zamanı isə 5 nəfər xəsarət alıb.